Yanvar ayında dövlət müəssisələrində işçilərin azalması müşahidə edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Özəl sektorda muzdla işləyənlərin sayı 781 min nəfər (7% artım), dövlət qurumları və müəssisələrində 910.8 min nəfər (0.4% azalma) olub.
Qeyd edək ki, 2021-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 253.4 min nəfər olmuş, onlardan 4 877.3 min nəfərini məşğul əhali təşkil edib.