28 C
Baku
Saturday, July 27, 2024

Yanvar-may aylarında ölkə bazarına 710 yerli istehsal minik avtomobili satışa çıxarılıb

Azərbaycanda 2021-ci ilin may ayında 145 ədəd minik avtomobili istehsal etməklə, bircə mart ayından (192 ədəd idi) geri qaldı.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin istehsal sayı 2021-ci ilin yanvar-may aylarında 653 ədəd olmuşdur.

Bu isə 2020-ci ilin eyni dövründən cəmi 2.8% geri qalmaqdadır. Yeni istehsal edilmiş minik avtomobillərin anbarlarda 1 iyun 2021-ci il tarixinə sayı isə 142 ədəd olması isə o deməkdir ki, may ayı ərzində 149 ədəd birbaşa bazara çıxarılıb.

Beləliklə, 2021-ci ilin ilk 5 ayı ərzində 710 minik avtomobili satışa çıxarılmışdır.

Son xəbərlər
Digər xəbərlər