17 C
Baku
Sunday, April 14, 2024

Yanvarda Azərbaycanın xam neftin istehsalı azalıb

2023-cü ilin yanvarında Azərbaycanın ixracının 74%-ni təşkil edən xam neft istehsalının həcmi illik müqayisədə azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat müddətində xam neft istehsalının həcmi illik müqayisədə 7.2% azalaraq 2 mlrd. 692 min ton, yaxud 20.08 mlrd. barrel təşkil edib. Bu da günlük istehsalın 0.67 mln. barrel olması deməkdir.

Təbii qaz istehsalının həcmi illik müqayisədə 4% artaraq 4 mlrd. 225.7 mln. kub metr təşkil etsə də, ondan əmtəəlik olanın həcmi 1.3% azalaraq 3 mlrd. 137.1 mlrd. kub metr təşkil edib.

İstehsalın azalması ilə paralel ixrac da düşüb. Yanvarda xaricə 2.25 mlrd. ton nefti $1 mlrd. 397.75 mlrd.a ixrac etdiyi halda, təbii qazı 255.61 mlrd. təbii qazı $140.04 mlrd.a edib.

Neft ixracı illik müqayisədə 36%, təbii qaz ixracı isə 84% azalıb.

Son xəbərlər
Digər xəbərlər