19 C
Baku
Sunday, May 19, 2024

Yanvarda SOCAR-ın idarəsinin ixracdan qazancı 41% azalıb

2023-cü ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 29.6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Bildirilir ki, bu, 2022-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 20.2 milyon ABŞ dolları və ya 1.7 dəfə (41%) azdır.

Ötən ilin eyni dövründə isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı 49.8 milyon dollar təşkil edib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər