17 C
Baku
Thursday, October 31, 2024

“Yapı Kredi Azərbaycan”nın İdarə Heyətinə gələn bankirin adı bilindi – foto

Türkiyənin “Yapi Kredi” bankının Azərbaycandakı törəməsi “Yapi Kredi Azərbaycan” QSC-nin İdarə Heyyətinə (İH) yeni təyin olunan şəxsin adı bəlli olub.

Banker.az bu barədə Banka yaxın mənbədən əldə etdiyi məlumata istinad edir.

Məlumata görə, Bankın İH-nə Nesimi Gündoğdu-nu təyin ediblər. O, 13 ildən çoxdur ki, “Yapi Kredi”də (Türkiyə) çalışır və Anadolu Universitetini bitirib.

Qeyd edək ki, Banker.az Redaksiyasına o zaman yalnız “Yapı Kredi Azərbaycan”ı tərk edən şəxslər barədə ( Barran Altınel və Özgür Şeşen) barədə məlumat daxil olmuşdu.

nesimi gundogdu
N. Gündoğdu

Hazırda bankın İH iki azərbaycanlı və iki türkiyəli şəxslərdən ibarətdir.

Xatırladaq ki, “Yapi Kredi Azərbaycan” Azərbaycanın maliyyə bazarına 1998-ci ildən daxil olub, və hazırda  55,38mln. manat nizamnamə kapitalına (səhm kapitalı) məxsusdur. 100% Türkiyə kapitallı olmaqla səhmlərinə , YapıKredi Bank AŞ (99.8%), Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş (0.1%) və Yapı Kredi Finansal Kıralama A.O. (0.1%) adlı hüquqi şəxslər nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər