“YapıKredi Azərbaycan” QSC-nin 2019-cu ilin 9 ayı ərzində faiz gəlirləri 24,95 mln. manat, faiz xərcləri 2,3 mln. manat, qeyri-faiz gəlirləri 10,79 mln. manat və qeyri-faiz xərcləri isə 21,61 mln. manat təşkil edib.
Banker.az bu barədə Bankın 2019-cu ilin üçüncü rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.
Bununla da bankın əməliyyat mənfəəti cari ilin ilk 9 ayı üzrə 11,83 mln. manat təşkil edib. Bank 6,99 mln. manatlıq aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib və nəticədə hesabat düvrünə bankın xalis mənfəəti 3,77 mln. manat təşkil edib.
Bankın xalis mənfəəti ötən ilin eyni dövründə 2,71 mln. manat təşkil edirdi.
Bankın 1 oktyabr 2019-cu il tarixinə olan cəmi aktivlərinin həcmi 413,66 mln. manat (illik 17% azalma), cəmi öhdəlikləri 332,92 mln manat və cəmi kapitalı isə 80,74mln. manat olmuşdur.