10 C
Baku
Friday, December 13, 2024

“Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ilin ikinci rübünü mənfəətlə başa vurdu (R)

“Yapı Kredi Bank Azərbaycan” QSC 2020-ci ilin ikinci rübünü  pandemiyaya bağlı yaranmış cari vəziyyətə baxmayaraq, 471.59 min AZN xalis mənfəətlə başa vurmuşdur.

Bankın 2020-ci ilin ikinci rübünə dair açıqladığı hesabata əsasənxalis faiz gəlirləri 13.5 mln AZN olmuşdur. Eyni zamanda, qeyd edilən dövr ərzində  bankın əməliyyat mənfəəti 6.5 mln AZN olmuşdur

Yapı Kredi qlobal bankçılıq təcrübəsini Azərbaycanda tətbiq etməyə davam etmişdir və nəticə müştərilərinin etimadını qazanmışdır. Belə ki, bankın kredit portfeli 159.4 mln AZN olmuş, daşınmaz əmlak kreditlərində ötən ilin sonu ilə müqayisədə 12% artım müşahidə olunmuşdur.

Bankın kapital göstəriciləri kifayət qədər ürəkaçandır. Ötən ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin ikinci rübünün sonunda bankın I dərəcəli kapitalı 7% artaraq 71 mln AZN, məcmu kapitalı 2% artaraq 73,3 mln AZN-ə çatmışdır. I dərəcəli kapitalın adekvatlıq əmsalı 39.5%-ə, məcmu kapitalın adevatlılıq əmsalı isə 40.7%-ə yüksəlmişdir. mçinin, bankın leverec əmsalı 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 42% artaraq, 19% təşkil etmişdir. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.

Covid 19 virusun yayılmasının qarşısının alınması məqsədi ilə bank həm əməkdaşlarının, həm müştərilərinin sağlamlığını qoruyaraq, müştərilərinə bir çox bank əməliyyatlarını həyata keçirmək üçün geniş rəqəmsal alternativlər təqdim etmişdir. Bu müddət ərzində xidmətə sərhəd tanımayan “Yapı Kredi Bank Azərbaycan” internet və mobil bank sistemini yeniləyərək yüksək müştəri məmnuniyyətinə nail olmaq üçün təkmilləşdirilmiş xidmət göstərməyə davam etmişdir.

 

Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarlarıı Koç Holding (Türkiyə) və UniCredit (İtalya) olan bank, bankçılıq sektorunda beynəlxalq təcrübəsi ilə Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

 

Son xəbərlər
Digər xəbərlər