8 C
Baku
Thursday, December 12, 2024

“Yapı Kredi Bank Azərbaycan” QSC ilin ikinci rübünü 3.6 milyon manat xalis mənfəətlə başa vurdu

®”Yapı Kredi Bank Azərbaycan” QSC ilin ikinci rübünü 3.6 milyon manat xalis mənfəətlə başa vurdu.

Belə ki, “Yapı Kredi Bank Azərbaycan”  ötən ilin ikinci rübü ilə müqayisədə 164.7 % artım əldə edərək, bu ilin ikinci rübünü 3.6 milyon manat  mənfəətlə başa vurmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar- iyun ayları üzrə faiz gəlirləri 41.3% artaraq 17.1 milyon manat, qeyri-faiz gəlirləri 11.3% artaraq 9.3 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 42.6% artaraq 15.9 milyon manat olmuşdur.

Cari ilin ikinci rübün sonuna “Yapı Kredi Bank Azərbaycan” da QSC-də müştərilərə verilən kredit porfelinin həcmi keçən ilin sonu ilə müqayisədə 6% artmış və 251  milyon manat təşkil edib. Belə ki, istehlak kreditləri 15.1% artaraq 52 milyon manat,  daşınmaz əmlak üzrə verilən kreditlər  25.3% artaraq 28 milyon manat olmuşdur. Biznes kreditləri isə cari ilin ikinci rübündə 171 milyon manat təşkil etmişdir.

“Yapı Kredi Bank Azərbaycan”  cari ilin ikinci rübündə  Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 23.37%, məcmu kapitalının adekvatlıq əmsalı isə 25.73% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 79.5 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər