25 C
Baku
Tuesday, May 21, 2024

“Yapı Kredi Bank Azərbaycan”dan aztəminatlı ailələrə öz biznesini qurmaq üçün növbəti dəstək

®“Yapı Kredi Bank Azərbaycan” yeni iş yerlərinin yaradılmasına dəstək olmaq məqsədi ilə dekabr ayında 5 aztəminatlı ailəyə müxtəlif sahələrdə öz biznesini qurmaq üçün lazımi dəstəyi göstərmişdir.

Hüseynova Şahidə, Əzizova Natəvan və Qurbanova Bənövşə uzun illərdir məşğul olduqları dərzilik sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirdilər. Dekabrın 17 və 18-də “Yapı Kredi Bank Azərbaycan” onların arzusunu reallaşdıraraq öz dərzi atelyelərini qurmaları üçün lazım olan bütün avadanlıqları təqdim etmişdir. 

Un məmulatları sexi qurmaq istəyən Abbasova Zenfiraya bu sahədə tam fəaliyyət göstərməsi üçün lazım olan bütün texniki avadanlıqlarla təmin edilmişdir. 

 Kamilov Qüdrət isə özünə məxsus həyatyanı sahədə broyler sexi qurması üçün texniki təchizata ehtiyacı olduğunu bildirmişdir.  Onun bu sahibkarlıq təşəbbüsünü həyata keçirmək üçün “Yapı Kredi Bank Azərbayca”n lazım olan bütün avadanlıqları alaraq, ona təqdim etmişdir. 

“Yapı Kredi Bank Azərbaycan”  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq may ayından etibarən onlarla aztəminatlı ailənin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin etmişdir. Sosial məsuliyyət layihələrini xüsusi önəm verən bank növbəti aylarda daha bir neçə aztəminatlı ailənin kiçik biznes təşəbbüsünün reallaşmasına töhvə verəcəkdir. 

Bankın məhsul və xidmətləri barədə məlumatı bankın  filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

PHOTO 2020 12 18 15 23 28 PHOTO 2020 12 18 15 22 55 PHOTO 2020 12 18 15 22 22 PHOTO 2020 12 18 15 21 56 1 PHOTO 2020 12 18 15 21 56 PHOTO 2020 12 18 15 23 53 1 PHOTO 2020 12 18 15 23 53 PHOTO 2020 12 18 15 23 28 1

Son xəbərlər
 ⁠
Digər xəbərlər