16 C
Baku
Thursday, May 2, 2024

“Yapı Kredi Bank Azərbaycan”ın mənfəəti 5 dəfədən çox artıb

“Yapı Kredi Bank Azərbaycan” QSC 2023-cü ilin 1-ci rübünü 2 milyon 162 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 400 min manat olub ki, bu da illik müqayisədə 5.4 dəfə artım deməkdir.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Ötən il “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 12 milyon 605 min manat (illik müqayisədə 30% çox), xərcləri 9 milyon 297 min manat təşkil edib. 2022-ci ilin 1-ci rübündə isə bankın gəlirləri 9 milyon 690 min manat, xərcləri isə 7  milyon 775 min manat olub.

KREDİT PORTFELİ BÖYÜYÜB

Bu ilin aprel ayənən 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 485 milyon 507 min manat olub ki, bu da illik müqayisədə 23% artımdır. Bunun 235 milyon 242 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda Bankın kredit portfeli 35% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 28% artaraq 399 milyon 143 min manata, o cümlədən depozit portfeli 28.3% artaraq 365 milyon 729 min manat, kapitalı isə 5% artaraq 86 milyon 364 min manat olub.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55.4 milyon manatdır. Bankın səhmlərinin 99.8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0.01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0.01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.

y1y2

Son xəbərlər
 ⁠
Digər xəbərlər