16 C
Baku
Thursday, March 28, 2024

“Yapı Kredi Bank Azərbaycan”ın maliyyə vəziyyəti məlum oldu

“Yapı Kredi Bank Azərbaycan” QSC bu ilin III rübünü 746 min manat xalis zərərlə başa vurub. Ötən ilin eyni dövründə isə bank 1 milyon 574 min manat mənfəət etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-sentyabr aylarında “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 26 milyon 929 min manat , xərcləri 22 milyon 124 min manat, xüsusi ehtiyatlara ayırmaları 5 milyon 90 min manat, mənfəət vergisi ödəmələri isə 462 min manat təşkil edib. Gəlirləri xərclərini üstələdiyindən bank 4 milyon 805 min manat əməliyyat mənfəəti edib.

Bu il oktyabrın 1-nə “Yapı Kredi Bank Azərbaycan”ın aktivləri 355 milyon 959 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2.2% çoxdur. Bunun 169 milyon 29 min  manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda  Bankın kredit portfeli 13.2% böyüyüb.

Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəlikləri 274 milyon 130 min manat, depozit portfeli isə 249 milyon 717 min manat təşkil edib.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 1998-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,4 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0,01 %-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0,01 %-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər