8 C
Baku
Thursday, December 12, 2024

“Yapı Kredi Bank Azərbaycan”ın rəhbərliyinə təyinat

100% Türkiyə kapitallı “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, bu, Akif Cahit Erdoğan-dır.

Akif Cahit Erdoğan 1996-cı ildə İstanbul Texnik Universitetində Maşın Mühəndisliyi fakultəsi üzrə bakalavr, 1997-1999 -ci illərdə isə Roçester Texnologiya İnstitutunda Biznesin İdarəedilməsi üzrə magistratura təhsili almışdır. Peşəkar karyerasına 1998-ci ildə XEROX Corporation-da Büdcə və Planlama üzrə analitik olaraq başlamışdır. 2000-2009-cu illərdə Accenture Türkiyə İdarəetmə Konsultasiyaları üzrə baş menecer / Türkiyə kurasiyası vəzifəsində çalışmışdır. 2009-2013-cü illərdə “Yapı Kredi Bankası A. Ş. ”də ( Türkiyə) İnformasiya Texnologiyalarının İdarəedilməsi üzrə rəhbər ( CİO), 2013-2020-ci illərdə İnformasiya Texnologiyaları və Əməliyyatdan məsul Baş Direktor müavini, 2020-2021-ci illərdə İnformasiya Texnologiyaları və Əməliyyatdan məsul Baş Direktor müavini ( COO) olaraq fəaliyyət göstərmişdir.

Hazırda “Yapı Kredi Bankası A. Ş. ”də ( Türkiyə) Kommersiya və KOS Bankçılığı üzrə Baş Direktor müavini vəzifəsini icra etməkdədir.

Qeyd edək ki, bundan öncə M.Ş.-nın üzvi olan Erhan Adalı Şevki vəzifəsindən getdiyini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər