5 C
Baku
Saturday, December 14, 2024

“Yapı Kredi Bank Azərbaycan”ın rəhbərlərindən biri vəzifəsini tərk edib

Azərbaycanda fəaliyyət göstərən 100% xarici kapitallı “Yapı Kredi Bank Azərbaycan” QSC-nin rəhbərliyindən bir nəfər istefa verib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, Erhan Adalı Şevki bankın Müşahidə Şurası üzvi vəzifəsini tərk edib.

Xatırladaq ki, “Yapı Kredi Bank Azərbaycan” 2000-ci ildə (əvvəlki “Koçbank (Azərbaycan)”, 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55.4 milyon manatdır. Bankın səhmlərinin 99.8%-i Türkiyənin “Yapı Kredi Bankı”na, 0.01%-i “Yapı Kredi Yatırım Menkul Değerler” şirkətinə, 0.01%-i isə “Yapı Kredi Finansal Kiralama” şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər