6 C
Baku
Monday, December 16, 2024

Yapon dənizində böyük neft və qaz yatağı aşkarlanıb

Koreya Respublikasının şərqində Yapon dənizində potensial böyük neft və qaz yatağı aşkar edilib.

Bunu Koreya Respublikasının Prezidenti Yun Sok Yol brifinq zamanı deyib.

Phohan şəhəri yaxınlığındakı Yenil körfəzindəki yataqda təxminən 14 milyard barel neft və qaz ola bilər. Bu həcmdə neft Koreya Respublikasına 4 ilə, qaz isə 29 ilə çatacaq.

“Son tədqiqatlar yatağın 14 milyard barel neft və qaz ehtiyatına malik olması ehtimalının yüksək olduğunu göstərir, bu tapıntılar aparıcı tədqiqat institutları və ekspertlər tərəfindən təsdiqlənib”, – Yun Sok Yol deyib.

Onun sözlərinə görə, Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi kəşfiyyat qazma işlərinin planını təsdiqləyib. Onun ilkin nəticələri 2025-ci ilin birinci yarısında gözlənilir.

Ticarət naziri An Don Kın, 14 milyard barellik yatağın dəyərinin 328 milyard dollar dəyərində kapitallaşması ilə ölkənin ən böyük şirkəti olan “Samsung Electronics”dən beş dəfə çox olduğunu söyləyib. O, dəqiqləşdirib ki, yatağın ehtiyatlarının dörddə üçü qazdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər