10 C
Baku
Thursday, December 12, 2024

Proqnoz: Yapon valyutası dollara qarşı bahalaşaraq 120 yen səviyyəsinə qalxa bilər

Yapon valyutası ölkənin mərkəzi bank siyasətindəki dəyişiklik fonunda ilin sonuna kimi 1 dollar üçün 120 yen səviyyəsinə kimi möhkəmlənə bilər.

Banker.az xəbər verir ki, ölkədə bir çox iqtisadçının fikrincə iyunun sonuna kimi USD/JPY cütülüyünün 125, bu ilin sonuna isə 120 düşməsini proqnoz edirlər.

Bazar ertəsi verdiyi ilk brifinqdə Yaponiya Bankının yeni sədri Kazuo Ueda, mərkəzi bankın 2% inflyasiya hədəfinə nail olmaq üçün “qeyri-ənənəvi pul siyasətini davam etdirmək” niyyətini deyib.

Ueda, Mərkəzi Bankın cari gəlir əyrisinə nəzarət siyasətini və mənfi faiz dərəcəsi siyasətini saxlamağın “uyğun” olduğunu bildirib.

Yaponiyanın gəlirlilik əyrisinə nəzarət siyasətinə əsasən, qısamüddətli faiz dərəcələri ultra-yumşaq  səviyyəsində  mənfi 0.1%, 10 illik dövlət istiqrazlarının gəlirliyi isə sıfırdan yuxarı və ya aşağı 0.5% səviyyəsində saxlanılır.

ABŞ-da mart ayı istehlak qiymətləri indeksi (inflyasiya) gözləniləndən daha aşağı oldu. Bəzi iqtisadçılar FED-in faiz artımı dövrünün tezliklə dayana biləcəyini proqnozlaşdırdılar. Hətta 5%-lik uçot faizini “pik nöqtə” də sayan var.

Yapon yen sonuncu dəfə cümə axşamı Asiya ticarətində ABŞ dollarına qarşı 133 səviyyəsində ticarət edilib. Dollar üçün 120 yen proqnozu valyutanın oktyabrın 20-dən 151.94 zirvəsindən təxminən 21% güclənəcəyi deməkdir.

Yaponiya Bankının hansı növ tənzimləmə edəcəyini və bunun nə vaxt baş verə biləcəyini ölçmək fərqli olsa da “Nomura”nın qlobal foreks bazarı üzrə baş strateqi  Kray Çan bu il irəliləməyə davam etdikcə ehtimal artığını bildirib.

Yapon requlyatoru tərəfindən potensial tənzimləmənin nə vaxt baş verə biləcəyinə gəlincə, Çan bunun aprelin sonu və ya iyunun sonunda baş verə biləcəyini proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər