13 C
Baku
Saturday, May 18, 2024

Yapon valyutası dollara qarşı son 24 ilin minimumuna düşüb

ABŞ dolları cümə axşamı yapon yeninə qarşı 24 illik zirvəyə qalxıb.

Banker.az xəbər verir ki, investorlar Federal Ehtiyatlar Sisteminin (FED) daha yüksək faiz dərəcələrinə hazırlaşdıqları bir zamanda Yaponiya faizləri ultra-yumşaq pul siyasətində qalması ilə bağlı israrlı olması yenin ucuzlaşması üçün yüksək təziyiq olaraq qalmaqdadır.

Asiya ticarətində dollar əvvəlki günün bağlanışında haradasa 0.5% dəyər qazandıqdan sonra 1998-ci ildən bəri ən yüksək həddi olan 139.69 yen səviyyəsinə çatdı. Hazırkı məzənnə isə  bir dollar üzrə 0.17% artaraq 139.2 yen səviyyəsində olub.

USD/JPY-ın artımında əsas drayver Yaponiya və ABŞ arasında dərəcə fərqləri olaraq qalmasıdır. Ekspertlərin fikrincə növbəti hərəkətlər ABŞ faiz dərəcələrinin necə davranacağından asılı olacaq.

Gələn ay FED-in iclasında ABŞ-ın uçot dərəcəsini 75 baza bənd artıracağına dair gözləntilər möhkəm iqtisadi məlumatların fonunda yüksəlir. Requlyator fondlarının fyuçersləri son olaraq belə bir artım şansının olub-olmaması ilə bağlı təxminən 75% olduğunu göstərir.

Qeyd edilənlər də 10 illik xəzinə istiqrazlarının gəlirliliyini çərşənbə axşamı günün əvvəlində 3.219% -ə qədər iki ayın ən yüksək səviyyəsinə qaldırmağa dəstək oldu. Yaponiyada isə 10 illik dövlət istiqrazlarının gəlirliliyi cəmi 0.24%-dir.

Yaponiyanın Maliyyə Nazirliyinin yüksək səviyyəli rəsmisi bu gun Yaponiyanın valyuta hərəkətlərini “yüksək təcililik hissi” ilə izlədiyini bildirib.

Bahalaşan dollar digər əsas valyutaları da zəiflədir.

Avro/dollar 0.3% ucuzlaşaraq 1,00235$-da paritetin üstündə qaldı, riskə həssas Avstraliya və Yeni Zelandiya dollarları isə iyul ayından bəri ən aşağı səviyyələrini eniblər.

Onlar daha sonra itkiləri aradan qaldıraraq, Avstraliya dolları 0.18% azalaraq 0.6831 dollara, YZ dolları isə 0.24% ucuzlaşaraq 0.6105 dollara enib.

İngilis funt sterlinqi 0.16% ucuzlaşaraq 1.16015 dollar olub, sessiyanın əvvəlində 1.1570 dollara çatan yeni 2 illik minimumdan bir qədər bərpa olunub. Funt avqust ayında 4.6% dəyər itirərək, 2016-cı ilin oktyabrından bu yana ən kəskin aylıq enişini göstərib.

Dollar səbəti qarşısında dolların məzənnəsini ölçən ABŞ dolları indeksi bazar ertəsi günü 0.18% artaraq 108.93 səviyyəsinə qalxıb və bu, bazar ertəsi iki onillikdə ən yüksək həddi olan 109.48-ə çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər