10 C
Baku
Friday, December 13, 2024

Yaponiya 5 ildə müdafiəyə rekord $263 mlrd. xərcləyəcək

Yaponiya hökuməti 2023-2027-ci illər arasında müdafiə xərclərini rekord həddə – 30 trilyon yen (təxminən 263 milyard dollar) qədər artıracaq.

Beləliklə, hər il müdafiəyə təxminən 6 trilyon yen xərclənəcək. Xatırladaq ki, mövcud ortamüddətli müdafiə planı (2019-cu ildən 2023-cü ilə qədər) beş il ərzində 27.5 trilyon yen xərclənməsini nəzərdə tutur.

Verilən məlumata görə, Yaponiya hökuməti yeni texnikanın alınmasına, Çin yaxınlığındakı adalara qoşun göndərilməsinə və raket əleyhinə müdafiənin gücləndirilməsinə əlavə vəsait xərcləyəcək. Bundan əlavə, kibertəhlükəsizlik və kosmos sektorunun inkişafı üçün pul ayrılacaq.

Xatırladaq ki, may ayında ölkənin Müdafiə Nazirliyi müdafiə xərclərinin məqsədyönlü şəkildə məhdudlaşdırılması siyasətindən əl çəkəcəyini açıqlayıb. Nazirlik bu siyasət çərçivəsində müdafiə büdcəsini ÜDM-in 1%-i səviyyəsində saxlamağa çalışdığını etiraf edib.

Payızda Yaponiyanın yeni Baş naziri Fumio Kisida hökumətin ölkənin müdafiə qabiliyyətini gücləndirmək yollarını nəzərdən keçirəcəyini bəyan edib. O, təhlükəsizlik təhdidlərindən biri kimi KXDR-in adını çəkib.

Avqust ayında Müdafiə Nazirliyi 2022-ci maliyyə ili üçün 50 milyard dollarlıq büdcə tələb edib.

Sentyabr ayında isə ölkə hökuməti üçillik kibertəhlükəsizlik strategiyasının layihəsini təsdiqləyib. Sənəddə hakker hücumlarının potensial mənbələri kimi Rusiya, Çin və KXDR göstərilib.

Son xəbərlər
Digər xəbərlər