15 C
Baku
Friday, March 29, 2024

Yaponiya ABŞ-ın İran neftinin ixracına qoyduğu qadağa ilə əlaqədar müvafiq tədbirlər görür

Yaponiya hökuməti ABŞ-ın İran neftinin ixracına qoyduğu qadağa ilə əlaqədar ölkəyə dəyə biləcək zərərin qarşısını almaq üçün müvafiq tədbirlər görür.

Bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.

Xatırladaq ki, ABŞ hökuməti maydan başlayaraq Yaponiya və digər ölkələrə İran neftinin ixracına icazəni ləğv edəcəyini bildirib. Ağ ev bu barədə aprelin 22-də elan edib.

Y.Suqa bildirib ki, hökumət yapon şirkətlərinə dəyə biləcək zərərin qarşısını almaq üçün ABŞ tərəfi ilə danışıqlar aparır. Lakin o, danışıqların detallarını açıqlamayıb.

Baş katib əlavə edib ki, hökumət müvafiq addımları dəqiqləşdirmək üçün şirkətlərlə də danışıqlar aparır.

Ticarət naziri Hiroşiqe Seko isə ixraca qadağanın böyük təsir göstərməyəcəyini bildirib. Nazir qeyd edib ki, İran nefti Yaponiya neft ixracının cəmi üç faizini təşkil edir.

H.Seko əlavə edib ki, onun rəhbərlik etdiyi nazirlik dünya neft bazarında baş verən prosesləri diqqətlə izləyərək lazımi addımları yapon şirkətləri ilə müzakirə edəcək.

AzərTac

Son xəbərlər
Digər xəbərlər