Yaponiya Bankı uçot dərəcəsini 1%-ə yüksəldib

Yaponiya Bankı iyun iclasının yekunlarına əsasən uçot dərəcəsini 1%-ə qaldırıb. Bu, son 31 ilin ən yüksək göstəricisidir. Məlumat tənzimləyicinin yaydığı bəyanatda əks olunub.

Qərar “Trading Economics” portalının sorğusunda iştirak edən analitiklərin gözləntiləri ilə üst-üstə düşüb.

“Bank faiz dərəcəsinin təxminən 1% səviyyəsində qalmasına şərait yaradacaq”, – deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, qərar mərkəzi bankın İdarə Heyəti tərəfindən səs çoxluğu ilə qəbul edilib. Səsvermədə yeddi üzv qərarın lehinə, bir üzv isə əleyhinə səs verib.

Bu, 1995-ci ilin avqustundan bəri ən yüksək faiz dərəcəsidir. Həmin vaxt uçot dərəcəsi 1% səviyyəsində saxlanılmışdı.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər