11 C
Baku
Wednesday, December 11, 2024

Yaponiya Fond Birjasında “Nikkey” indeksi kəskin enib

Dekabrın 4-də Tokio Fond Birjasında səhmlərin qiyməti kəskin enib, aparıcı “Nikkey” indeksi isə hərracların başa çatması məqamında 500 bənddən artıq aşağı düşüb.

Banker.az bildirir ki, investorlar səhmlərin müəyyən müddət ərzində artımı zamanı əldə edilən mənfəəti saxlamaq üçün səhmləri satmağa məcbur olublar. Hərracların başa çatması məqamında “Nikkey” indeksi 22036 həddində olub ki, bu da bir gün əvvəlki göstəricidən 538 bənd və ya 2,4 faiz aşağıdır.

Xatırladaq ki, hərracların bundan əvvəlki yeddi günü ərzində bu indeks 1000 bənd və ya 5 faizdən çox artmışdı.

Bəzi investorlar ABŞ-Çin ticari danışıqlarının perspektivlərinə pessimist yanaşırlar. Onlar inanmırlar ki, dünyanın bu iki nəhəng iqtisadiyyatı təyin edilmiş vaxta, yəni fevralın sonunadək həm intellektual mülkiyyətin qorunması, həm də digər mübahisəli məsələləri yoluna qoya biləcəklər.

Azərtac

Son xəbərlər
Digər xəbərlər