10 C
Baku
Friday, December 13, 2024

Yaponiya iqtisadiyyatı 3.5% böyüyüb

Cari statistik məlumatlara görə, Yaponiya iqtisadiyyatı 2022-ci ilin aprel-iyun aylarında illik əsasda real ifadədə 3.5% artıb.

Banker.az xəbər verir ki, bu barədə hökümətin təqdim etdiyi hesabatda deyilir.

Hesabata əsasən, inflyasiya nəzərə alınmaqla real ifadədə ümumi daxili məhsul rüblük əsasda 0.9% artıb.

COVID-19-un yaratdığı məhdudiyyətlərin yumşaldıldığı bu dövrdə iqtisadi fəaliyyətlərin sürət qazandığı diqqətə çatdırılıb.

Sözügedən dövrdə əsaslı xərclər 2%, şəxsi istehlak isə 1.2% artıb.

Son xəbərlər
Digər xəbərlər