9 C
Baku
Thursday, December 12, 2024

Yaponiya Mərkəzi Bankı koronavirusa görə pul siyasətini yumşaltmağa hazır olduğunu bildirib

Yaponiya Mərkəzi Bankının rəhbəri Haruhiko Kuroda, koronavirusun iqtisadiyyat üçün ciddi təhlükə yaratdığı təqdirdə, pul siyasətini yumşaltmağa hazır olduğunu söyləyib.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

“Koronavirusun Yaponiya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərdiyi təqdirdə, yeni pul-kredit tədbirlərini nəzərdən keçirməli olacağıq”, – Kuroda nəşrə verdiyi müsahibədə bildirir.

Rəhbərin sözlərinə görə, koronavirus epidemiyasının yayılması yapon iqtisadiyyatı üçün qeyri-müəyyənlik mənbəyidir. Virus ilə əlaqəli olan risklər artarsa, müvafiq tədbirlər “tərəddüdsüz” görüləcək.

Qeyd edək ki, 2019-cu ilin oktyabr-dekabr aylarında Yaponiyanın ÜDM-u 2018-ci ilin analoji dövrü ilə müqayisədə 6,3% azalmışdır. Azalma ilk beş rübdə qeydə alınıb və 2014-cü ildən bəri maksimum göstəriciyə çatıb.

Son xəbərlər
Digər xəbərlər