20 C
Baku
Thursday, May 2, 2024

Yaponiya Nazirlər Kabineti fövqəladə tədbirlər paketini təsdiqləyib

Yaponiya Nazirlər Kabineti qiymət artımının qarşısını almaq məqsədilə 2,7 trilyon yen (təqribən 21 milyard dollar) məbləğində fövqəladə tədbirlər paketini təsdiq edib.

Banker.az xəbər verir ki, əlavə büdcə paketi mayın 17-də təsdiqlənib. Əlavə büdcənin təqribən 9,1 milyardı neft məhsullarını topdan satan şirkətlərə ayrılacaq ki, bu da xam neftin qiymətinin artması ilə bağlı subsidiyaları nəzərdə tutur.

Büdcənin təqribən 11,7 milyardının ehtiyat fondlara yerləşdirilməsi planlaşdırılır.

Həmin paketin maliyyələşdirilməsi üçün əlavə dövlət istiqrazlarının buraxılması nəzərdə tutulur.

Hökumət əlavə büdcə paketini parlamentin cari sessiyası ərzində qəbul etmək niyyətindədir.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər