7 C
Baku
Thursday, December 12, 2024

Yaponiya ötən il Ukraynaya ayırdığı vəsaitin həcmini açıqlayıb

Yaponiya 2022-ci ildə Ukraynaya kömək üçün təxminən 210 milyard yen (təxminən 1.6 milyard dollar) ayırıb.

Bu barədə Kyodo məlumat yayıb.

Agentliyin materialında bu rəqəmin Tokionun son bir ildə inkişafa rəsmi yardım istiqamətində gördüyü işlərin yekunlarına dair sənəddə göstəriləcəyi vurğulanır.

Bu məbləğə birbaşa Ukraynaya köçürülən vəsait, avadanlıq və humanitar yardımlar, habelə qaçqınları qəbul edən qonşu ölkələrə göstərilən yardımlar daxildir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər