6 C
Baku
Sunday, December 15, 2024

Yaponiya qiymət artımı ilə mübarizəyə 15 milyard dollar yönəldəcək

Yaponiya hökuməti ölkədə qiymət artımı ilə mübarizə tədbirlərinə 2 trilyon yen (15,2 milyard ABŞ dolları) ayrılması haqqında qərar qəbul edib.

Vəsait dövlət büdcəsinin ehtiyat fondundan ayrılacaq.

Həmin pulla aşağı gəlirli ailələrə birdəfəlik müavinət şəklində 30 min yen (227 ABŞ dolları), uşaqlı ailələrə isə hər uşaq üçün 50 min yen (380 ABŞ dolları) ödəniş ediləcək. Bununla yanaşı, hökumət may ayından elektik enerjisi və mayeləşdirilmiş təbii qaz qiymətlərinin artımını qismən kompensasiya edəcək, böyük həcmdə elektrik enerjisi istifadə edən müəssisələrə yardım göstərəcək.

Son xəbərlər
Digər xəbərlər