27 C
Baku
Saturday, July 27, 2024

Yaponiya Rusiya bazarında fəaliyyət göstərən şirkətləri sığortalamayacaq

Əmlak və risklərin sığortalanması üzrə ixtisaslaşmış Yaponiya şirkətləri Rusiya bazarında fəaliyyət göstərən müəssisələrlə yeni müqavilələrin bağlanmasını dayandırıb.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, Ukraynada hərbi əməliyyatlar səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən tranzaksiyaların həyata keçirilməsi ilə bağlı çətinliklər yarandığından mövcud müqavilələrin müddətini uzatmaq mümkün olmayacaq. Bu səbəbdən Rusiya bazarında fəaliyyət göstərən 50-dək Yaponiya şirkəti sığorta müqavilələrini öz ölkəsindəki şirkətlərlə bağlayacaq.

 

 

 

Son xəbərlər
Digər xəbərlər