24 C
Baku
Friday, April 26, 2024

Yaponiya Rusiyaya lüks malların ixracına qadağa qoyub

Yaponiya hökuməti aprelin 5-dən Rusiyaya dəbdəbəli malların ixracına qadağa qoyur. Bildirilir ki, məhdudiyyətlər premium səviyyəli avtomobillərə və qiymətli daşlara da şamil olunur.

Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Koiti Haqiuda danışıb.

“Hökumətin qərarına əsasən, aprelin 5-dən Rusiyaya lüks malların, o cümlədən premium markalı avtomobillərin, qiymətli daşların və zinət əşyalarının ixracına qadağa qoyulur”, – mesajda deyilir.

Martın 25-də Yaponiya 25 rusiyalıya və 81 təşkilata, o cümlədən Rusiya Kosmik Sistemləri ASC-yə qarşı sanksiya tətbiq edib. Tədbirlər fevralın 24-də Rusiya qoşunlarının Ukraynaya daxil olması ilə əlaqədar görülüb. Buna cavab olaraq, Moskva Tokio ilə sülh müqaviləsi bağlamaqdan imtina edib, yaponların Kuril adalarına vizasız səfərlərini dayandırdı və orada birgə iqtisadi fəaliyyətin qurulması ilə bağlı dialoqdan çıxıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər