24 C
Baku
Wednesday, May 29, 2024

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib – Yenilənib

Yaponiya Rusiyadan olan 22 fiziki şəxs və 3 təşkilatın aktivlərini dondurduğunu açıqlayıb. Sanksiyalara ədliyyə naziri Konstantin Çuyçenko, Baş nazirin birinci müavini Andrey Belousov, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova, Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belova daxildir. Fevralın 3-dən Yaponiya Rusiyaya vaksinlərin və tibbi ləvazimatların, o cümlədən robotların, radioaktiv materialların, nüvə obyektləri, neft və təbii qaz kəşfiyyatı üçün avadanlıqların ixracını yasaqlayacaq.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Yaponiya Xarici İşlər Nazirliyinin saytında qeyd olunub ki, “İrkut” korporasiyası, Moskva “Avanqard” maşınqayırma zavodu və “KamAZ” PSC sanksiya altına düşüb. Fiziki şəxslərin siyahısına yuxarıda göstərilənlərdən əlavə Baş nazirin müavini Dmitri Çernışenko, müdafiə nazirinin müavini Mixail Mizintsev, “KamAZ”ın baş direktoru Sergey Koqonin, filosof Aleksandr Dugin, İctimai Palatanın üzvü Aleksandr Malkeviç də daxil edilib.

Yaponiya hökumətinin press-relizinə görə, 49 Rusiya təşkilatı üçün ixrac qadağası fevralın 3-dən qüvvəyə minəcək. Tədarükü yasaqlanır:

nüvə qurğuları və cihazları;

neftin, təbii qazın kəşfiyyatı və radioaktiv materialların emalı üçün avadanlıq;

kimyəvi maddələr, gözyaşardıcı qaz, daktiloskopik toz, dozimetrlər, elektrolitik elementlər;

kompozit materialların istehsalı üçün avadanlıq;

peyvəndlər, tibbi cihazlar, diaqnostika və test dəstləri;

kommersiya partlayıcıları və onların aşkar edilməsi üçün avadanlıq;

rentgen müayinəsi üçün avadanlıq;

yastıqlar (podşipniklər);

portativ generatorlar;

robotlar, lazer qaynaq maşınları, böyükqabaritli qazma qurğuları, qalvanika avadanlıqları;

hərbi kimyəvi maddələr üçün xammal kimi istifadə olunan maddələr.

***

Yaponiya hökuməti Ukraynadakı müharibə ilə bağlı Rusiyaya qarşı sanksiyalar paketini genişləndirib.

Bu barədə məlumat Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

Sanksiyaların genişləndirilməsi ilə əlaqədar radioaktiv materialların, peyvəndlərin, tibbi avadanlıqların və robotların ixracı qadağan edilib.

Tətbiq olunan qadağa tibbi cihazlar, o cümlədən analiz və sınaq cihazları, peyvəndlər, nüvə obyektləri, neft və qaz kəşfiyyatı üçün avadanlıqlar, partlayıcı maddələrin aşkarlanması üçün cihazlar, portativ generatorlar, lazer qaynaq maşınları və robotlar, həmçinin müxtəlif kimyəvi maddələr, o cümlədən barmaq izini təyin etmək üçün toz və gözyaşardıcı qazı əhatə edir.

Həmçinin o da əlavə olunub ki, ümumilikdə siyahıya 80-dən çox maddə daxildir.

Bundan başqa 22 fiziki şəxsə, üç şirkətə qarşı məhdudiyyətlər tətbiq edilib. Şirkətlərin aktivlərinin dondurulması nəzərdə tutulur və əlavə 49 Rusiya şirkətinə mal tədarükü qadağan edilib.

Qeyd edək ki, sanksiyalar fevralın 3-dən qüvvəyə minəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər