6 C
Baku
Sunday, December 15, 2024

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək, 12 fiziki şəxs və 36 təşkilatı əlavə edib. Bu barədə Yaponiya Nazirlər Kabinetinin rəsmi qəzetində deyilir.

Yeni sanksiyalar siyahısına daxil edilən təşkilatlar arasında “FSUE Atomflot”, “Kalaşnikov”, “Almaz-Antey”, “Uralvaqonzavod” və “Bazalt” konserni də var.

Yaponiya “Tinkoff Bank”ı da sanksiyalar siyahısına əlavə edib. Həm fiziki şəxslərin, həm də təşkilatların aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiyaların martın 31-dən qüvvəyə minəcəyi vurğulanır.

Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq edilən Yaponiya sanksiyaları artıq Rusiyadan olan 1 mindən çox insana və 120-dən çox təşkilata təsir edir. Bundan əlavə, Yaponiya artıq 800-ə yaxın adda olan Rusiya Federasiyasına ixracı qadağan edilən mal və texnologiyaların siyahısını təsdiqləyib.

2023-cü il avqustun 9-dan etibarən Yaponiyadan Rusiyaya mühərrik həcmi 1.9 litrdən çox olan benzin və dizellə işləyən avtomobillərin tədarükü də qadağan edilib.

Son xəbərlər
Digər xəbərlər