7 C
Baku
Thursday, December 12, 2024

Yaponiya və Azərbaycan arasında Birgə Kredit Mexanizmi ilə bağlı Memorandum imzalanıb

Yaponiya hökuməti ilə Azərbaycan hökuməti arasında Birgə Kredit Mexanizmi ilə bağlı razılaşma əldə olunub.

Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.

Yaponiya hökuməti Birgə Kredit Mexanizminin geniş yayılması üçün 2025-ci ilə qədər əməkdaş ölkələrin sayını 30-a çatdırmağı hədəfə alıb, bu günə qədər Azərbaycan hökuməti ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumuna yönələn müzakirələr aparılıb.

Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan Birgə Kredit Mexanizmi üzrə 20-ci əməkdaş ölkə olacaq. Bundan sonra, Birgə Kredit Mexanizminin təkcə Azərbaycanda qaz emissiyalarının azaldılmasına yönələn tədbirlərin genişlənməsinə deyil, həmçinin Yaponiya şirkətləri tərəfindən yaşıl sahədə layihələrin həyata keçirilməsi, investisiya qoyuluşu kimi iki ölkə arasındakı iqtisadi əməkdaşlığın daha da artmasına gətirib çıxaracağına ümid edilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər