21 C
Baku
Thursday, April 25, 2024

Yaponiya və Rusiya sülh danışığına dair müzakirələrə başlamağı razılaşdırıb

Yaponiyanın xarici işlər naziri Hayaşi Yosimasa ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

“TRT Haber” xəbər verir ki, məlumatı Yaponiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər 40 dəqiqəlik telefon danışığında İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirməyi razılaşdırıblar.

Hayaşi Yosimasa iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qarşılıqlı fayda verəcəyinə ümid etdiyini bildirib. Məlumata əsasən, nazirlər Ukrayna və Belarusdakı son vəziyyəti müzakirə ediblər.

Yaponiya tərəfi iddia edir ki, İkinci Dünya müharibəsinin sonunda keçmiş SSRİ Sakit okean ilə Oxot dənizini bir-birindən ayıran və Kuril adalarına uzanan təxminən 1 300 km boyunca bir ərazini 1945-ci ildə ilhaq edib.

Moskva rəsmi Tokionun bu iddialarını rədd edərək həmin torpaqların Rusiyaya məxsus olduğunu bildirir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər