16 C
Baku
Thursday, April 25, 2024

Yaponiya yeni kosmik stansiya üçün yaşayış modulu inşa edəcək

Yaponiya Ay orbitinə çıxarılacaq yeni kosmik stansiyadakı astronavtlar üçün yaşayış modulunun inşası üzərində çalışacaq.

Amerika Aerokosmik Tədqiqatlar Agentliyi (NASA), Yaponiya Aerokosmik Agentliyi (JAXA) və Avropa Kosmik Agentliyi (ESA) və digər əlaqədar qurumlar “Gateway” adlandırılan kosmik stansiyanı 2026-cı ilədək inşa etməyi planlaşdırırlar. On komponentdən ibarət olacaq yeni kosmik stansiyanın inşası ilə əlaqədar vəzifə bölgüsü iştirakçı ölkələr arasında artıq aparılıb.

JAXA və ESA beynəlxalq yaşayış modulunun inşası ilə məşğul olacaq. JAXA, həmçinin NASA ilə birlikdə Ay stansiyasına yüklərin çatdırılması üçün yük modulunun inşasını həyata keçirəcək.

AzərTac

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər