9 C
Baku
Friday, December 13, 2024

Yaponiyada ayaq üstə yatmaq üçün qurğular hazırlandı

Yaponiyada şirkətlərdən biri insanların ayaq üstə yata biləcəyi xüsusi kapsullar buraxıb.

Kapsullar “Giraffenap” adlanır.  Kapsulalr sayəsində işçilər konsentrasiyanı və iş səmərəliliyini artırmaq üçün iş günü ərzində bir az yata bilərlər. Qurğunun yaradıcılarının sözlərinə görə, onlar qurğunu şaquli vəziyyətə salıblar ki, kabin ofislərdə mümkün qədər az yer tutsun.

Hər bir yuxu kapsulunda istifadəçi tərəfindən təyin oluna bilən siqnalizasiya sistemi, eləcə də bədənin müxtəlif hissələri: baş, omba, baldır və ayaqlar üçün dəstək nöqtələri quraşdırılıb ki, insan yuxu zamanı şaquli vəziyyətini saxlaya bilsin. Bundan əlavə, kabinlər hündürlüyün tənzimlənməsi sistemi ilə təchiz edilib.

“Gireaffenap” yataq podları hazırda iki versiyada mövcuddur: düz ağ model və daha ənənəvi bambuk dizaynını təqlid edən model. Hər iki variant əla səs izolyasiyası, həmçinin yuxuya səbəb olmaq üçün nəzərdə tutulmuş müxtəlif səslər və quraşdırılmış havalandırma sistemi ilə təchiz olunub.

Son xəbərlər
Digər xəbərlər