25 C
Baku
Saturday, July 27, 2024

Yaponiyada benzinin qiyməti son yeddi ilin maksimumunu yeniləyib

Yaponiyada benzinin orta qiyməti son yeddi ilin maksimumunu yeniləyib. Banker.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat verib.

Bildirildiyi kimi, Yaponiyada ən çox yayılan və Aİ-95 markalı benzinə uyğun gələn “Regular” markalı benzinin bir litrinin qiyməti 167.3 yen (təxminən 1.47 ABŞ dolları) olub. Bu, 2014-cü ilin sentyabrından bəri ölkədə benzinin ən yüksək qiymətidir.

Xatırladaq ki, Yaponiyada benzinin qiymətindəki əvvəlki maksimum oktyabrın 18-də qeydə alınıb və 164.6 yen təşkil edib.

Hökumət neftin bahalaşması ilə əlaqədar bizneslərin və ölkənin sadə vətəndaşlarının gəlirlərinin azala biləcəyindən narahat olduğunu bildirib. Yerli hakimiyyət orqanları vəziyyətin gələcək inkişafını diqqətlə izləyəcəklərini vurğulayıb.

Daha əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə neftin orta qiymətinin əvvəlki illə müqayisədə təxminən 60% yüksək olacağı və 65.68 ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırıb. Fondun analitiklərinə görə, 2022-ci ildə neftin qiyməti 64.52 ABŞ dolları olacaq.

Son xəbərlər
Digər xəbərlər