1 C
Baku
Saturday, December 14, 2024

Yaponiyada son 30 ildə ilk dəfə sərnişin qatarlarında gediş haqqı artacaq

Yaponiyada şəhər ətrafına hərəkət edən sərnişin qatarlarında gediş haqqını artırılması məsələsi “East Japan Railway” şirkətinin rəhbərliyi tərəfindən müzakirəyə çıxarılıb.

Bu barədə “JR East” şirkətinin prezidenti Yuci Fukasava bildirib. Onun sözlərinə görə, milli dəmir yolu xətlərində gediş haqqının artırılması barədə məsələ ikinci dəfədir ki, gündəliyə gətirilir. İlk dəfə bu, hökumət tərəfindən istehlak vergisinin artırılması barədə qərarın qəbulundan sonra baş verib.

Qeyd edilir ki, bu təklifin həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur. Belə ki, bu məsləyə icazəni yalnız Yaponiya Nəqliyyat Nazirliyi verə bilər.

Bununla yanaşı, şirkət pik saatlarında qatarlardan istifadəyə imkan verməyən biletlərin hazırlanması barədə təklifi də araşdırır. Həmin biletlərin sərnişinləri qiymətlərin nisbətən aşağı olması ilə cəlb edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyada koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bir çox şirkətlər evdən işləmək üsuluna keçiblər. Əməkdaşların ay ərzində yalnız bir neçə dəfə ofisə baş çəkməsinə icazə verilməsi, ictimai nəqliyyatın yükünü xeyli azaldıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər