9 C
Baku
Friday, December 13, 2024

Yaponiyadan Rusiyaya qarşı yeni sanksiya

Yaponiya Ticarət Nazirliyi Rusiyaya tədarükü qadağan ediləcək yeni kateqoriyalı sənaye mallarının siyahısını dərc edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Sanksiyalara litium-ion akkumulyatorlar, qaz boruları, avtomobillər üçün motor yağları, termostatlar, nitroselüloz məhsulları və ağac emalı maşınları daxildir. Bütün bunların aprelin 17-dən etibarən Rusiyaya tədarükü yasaqlanacaq.

Bundan başqa, Yaponiya mayın 10-dan sənaye istifadəsi istisna olmaqla Rusiya almazlarının idxalına qadağa qoyacaq; bu qərarı G7 ölkələri hələ dekabr ayında qəbul etmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər