-3 C
Baku
Sunday, December 15, 2024

Yaponiyalı nazir: “Çin Yaponiyanın təhlükəsizliyi üçün təhdiddir”

Çin Yaponiyanın təhlükəsizliyi üçün təhdid yaradır.

Bunu Yaponiyanın Müdafiə naziri Taro Kono Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkil etdiyi virtual formatda baş tutan müzakirələrdə çıxışında deyib.

“Müdafiə naziri olaraq deyə bilərəm ki, Çin Yaponiyanın təhlükəsizliyi üçün bir təhdidə çevrilib, onların geniş imkanları və müəyyən niyyətləri var, biz Çinin davranışını çox yaxından müşahidə etməliyik”, – deyə Yaponiyanın Müdafiə naziri bildirib.

Yaponiyanın ABŞ ilə birgə Pekinin hərəkətlərini çox diqqətlə izləməsinin vacib olduğunu söyləyən nazir Çinin son onilliklərdə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırdığını və regiondakı fəaliyyətini sürətləndirdiyini qeyd edib.

“Biz indi onların status-kvonu gücdən istifadə edərək dəyişdirmək niyyətini görürük. Çinin niyyətləri, nə etmək istədiyi bizi çox narahat edir”, yaponiyalı nazir bildirib.

Müdafiə nazirinin sözlərinə görə, əvvəllər o, ÇXR-in hərəkətlərini “narahatlıq doğuran” adlandırırdısa, indi bu hərəkətləri “təhlükə yaradan” hesab edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər