16 C
Baku
Sunday, May 26, 2024

Yaponiyanın ən böyük bankının xalis mənfəəti 70% azalıb

Aktivlərinə görə Yaponiyanın ən böyük bankı olan “Mitsubishi UFJ Financial Group Inc” ABŞ bölməsi “MUFG Union Bank”ın satışından birdəfəlik yeni zərərə görə ikinci rübdə xalis mənfəətinin 70.5% azaldığını bildirib.

Banker.az xəbər verir ki, “Morgan Stanley”nin təxminən 22%-nə sahib olan şirkət iyul-sentyabr aylarını əhatə edən dövrdə 117.41 milyard yen (841.83 milyon dollar) xalis mənfəət əldə edib. Ötən ilin analoji dövründə isə şirkət 398.4 milyard yen (~2 milyard 857 milyon dollar) xalis mənfəət açıqlamışdı.

Qeyd edək ki, yapon bankı ötən il rekord mənfəət açıqlamışdı. Bu il üçün isə illik mənfəət proqnozu əvvəlki illə müqayisədə 12% az – 1 trilyon yen olaraq açıqlanıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər