23 C
Baku
Thursday, August 11, 2022

Yaponiyanın ən böyük bankları “Sberbank”la dollar əməliyyatlarını dayandırıb

Yaponiyanın ən böyük bankları “Mitsubishi UFJ”, “Sumitomo Mitsui” və “Mizuho” martın 26-sından Rusiyanın “Sberbank”ı ilə dollar əməliyyatlarını dayandırır.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ABŞ-ın sanksiyaları ilə bağlı olub.

Daha əvvəl dollarla maliyyə əməliyyatları Yaponiyanın maliyyə institutları tərəfindən Amerika müxbir bankları vasitəsilə həyata keçirilib. Yaponiyanın qalan banklarının da oxşar qərarlar verəcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ “Sberbank”ı CAPTA siyahısına əlavə etdi. Nəticədə ABŞ banklarına martın 26-dan onun müxbir hesablarını bloklamaq əmri verilib. OFAC-ın xüsusi icazəsi olmadan Amerika maliyyə institutları Sberbank və onun törəmə şirkətlərinin müxbir hesablarını aça və apara, habelə onların iştirakı ilə əməliyyatları qəbul edə bilməyəcək. Sanksiyalar Rusiyanın Ukraynada prezident Vladimir Putinin göstərişi ilə fevralın 24-dən davam edən hərbi əməliyyatına cavab olaraq tətbiq edilib.

Son xəbərlər
Oxşar xəbərlər