Tokio Fond Birjasında Yaponiyanın aparıcı “Nikkei” indeksi fevralın 28-də hərracların başlamasından dərhal sonra 3,2 faiz itirib və düşməkdə davam edir.
Yerli vaxtla saat 9:15 dəqiqəyə olan məlumata görə, yeni koronovirusun yaratdığı təhlükə fonunda bu indeks 21237 bəndində qərarlaşıb.
Bazar mənbələrinin bildirdiyinə görə, fevralın 20-dən başlayaraq fasiləsiz şəkildə davam edən enmə nəticəsində “Nikkei” indeksi ümumilikdə 9 faizdən çox itirib.
©Azərtac