Yaponiyanın baş naziri Yosihide Suqa ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı aparıb.
Bu barədə “Kyodo” agentliyi bildirib.
Agentliyin məlumatına görə, Amerika lideri Tokioda yay Olimpiya oyunlarının müvəffəqiyyətlə tamamlanması ilə əlaqədar Yaponiya hökumətinin başçısına təbrikini çatdırıb. Suqa və Bayden iki ölkənin əməkdaşlığının gücləndirilməsini, “azad və açıq Hind-Sakit okean regionu” konsepsiyasının reallaşdırmasını, həmçinin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesini müzakirə ediblər.
Qeyd edək ki, Tokio Olimpiadası iyulun 23-dən avqustun 8-dək keçirib, pandemiya ilə əlaqədar yarışların əksəriyyəti azarkeşsiz təşkil olunub.