9 C
Baku
Thursday, December 12, 2024

Yaponiyanın “Nikkei” indeksi 34 illik rekordu yeniləyib

Yaponiyanın “Nikkei 225” fond indeksi bu gün 39098 bəndə çataraq, 1989-cu ilin dekabrında müəyyən edilmiş 38915-lik əvvəlki rekordu üstələyib. Təkcə bu ilin əvvəlindən indeks 17% artıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Analitiklər Yaponiyada birja aktivliyinin rekord artımını bir neçə amillə əlaqələndirirlər. Birincisi, investorlar son aylarda yapon yeninin dollara nisbətdə ucuzlaşması səbəbindən yapon şirkətlərinin səhmlərini aktiv şəkildə alırlar. Yenin zəifləməsi Yaponiyanın ÜDM-nin ötən ilin sonunda dünyada dördüncü yerə düşməsinə səbəb olub və Almaniyaya dünyanın üçüncü ən böyük iqtisadiyyatı olmasına imkan verib.

Buna baxmayaraq, investorlar yapon qiymətli kağızlarında potensial görürlər, çünki uzunmüddətli deflyasiya və durğunluqdan sonra iqtisadiyyat inflyasiyaya doğru irəliləməyə başlayır ki, bu da Yaponiya iqtisadiyyatında və korporativ sektorda yaxın müddətli artım potensialından xəbər verir.

Son xəbərlər
Digər xəbərlər