Yaponiyanın iqtisadiyyatı birinci rübdə ötən ilin ilk üç ayı ilə müqayisədə 3,4% azalıb. Baanker.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin saytında deyilir. 2019-cu ilin dördüncü rübü ilə müqayisədə azalma 0,9% təşkil edib.
Qeyd edildiyi kimi, ən böyük eniş ixrac (6%), istehlak tələbi (0,7%), daşınmaz əmlaka investisiyalar (0,5%) və biznesə investisiyalar sahəsində (0,3%) olub.
Buna baxmayaraq, nəticə analitiklərin proqnozundan daha yaxşı olub, FT qeyd edir. Belə ki, daha əvvəl birinci rübdə Yaponiyanın ÜDM-sinin 4,6% azalması gözlənilirdi.
Ekspertlərin fikrincə, bu eniş hələ ötən il başlayıb, o dövrdə ƏDV 8%-dan 10%-dək qaldırılmışdır və bu, istehlakın azalmasına təsir göstəib, hakimiyyəti iqtisadiyyatı stimullaşdırmaq üçün yeni tədbirlər görməyə məcbur edib.