8 C
Baku
Thursday, December 12, 2024

Yaponiyanın “Yahoo” şirkəti “Line” xidməti ilə birləşmə haqqında danışıqlar aparır

“Yahoo” ilə “Line” xidmətinin birləşməsi Yaponiyanın texnologiya bazarında baş verəcək ən vacib hadisələrdən biri ola bilər.

Yaponiyanın aparıcı internet şirkətlərindən biri olan “Yahoo Japan”, “Line” xidməti ilə birləşmə haqqında danışıqlar aparır. Qeyd edildiyi kimi, müqavilənin dəyəri 27 milyard dollar təşkil edir.

CNBC-nin verdiyi məlumata görə, “Yahoo Japan” (“Z Holdings”) danışıqların hələdə davam etdiyini bildirir. Tərəflər hələki razılığa gəlməsələr də, bu informasiya investorları sevindirdi. Xatırladaq ki, bu həftə “Z Holdings” in bazar kapitallaşması 16% artmışdır.

“Reuters” xəbər agentliyi əlavə olaraq qeyd edir ki, birləşmə noyabr ayının sonunda baş tuta bilər. Yeni yaradılacaq şirkəti “Z Holdings” idarə edəcək, o isə öz növbəsində “Line” və “Yahoo” nu idarə edəcək.

Vacibdir ki, bu müqavilə QR kodu vasitəsilə ödəniş tətbiqlərini birləşməsinə gətirib çıxaracaq. Ölkənin nağdsız ödənişlərinə keçdiyini nəzərə alsaq, bu olduqca yaxşı bir xəbərdir. Şirkətin verdiyi məlumata görə, “Line Pay” əlavə olaraq 82 milyon yeni istifadəçi cəlb edə bilər.

Son xəbərlər
Digər xəbərlər