10 C
Baku
Thursday, December 12, 2024

Yaradıcı biznes qərarları

Yaxşı biznesmenlər hər zaman qeyri-standart həllər axtarırlar. Məhz bu həll yolları biznesdə uğuru zəmanət edrilər.

1. 1960-cı ildə Çikaqoda vağzalda kişi və qadın fiquru şəklində avtomatar var idi. Lakin onlar bir əlli «quldurlar» deyildilər. Onların tamamilə başqa bir təyinatı var idi.

Avtomatlara qəpik daxil edirdilər və avtomatdan belə bir səs gəlirdi: «Salam, dostum! Sənə yaxşı yol!»

Tək səyahət edən sərnişinlər məmnuniyyətlə avtomatın xidmətlərindən istifadə edirdilər.

2. Sizə alman biznesinə aid digər bir misal təqdim edək. Uzun illər boyu tullantı yığma şirkətinə başçılıq edən Robert Pol kiçik biznes ilə məşğul olmağa qərar verir və bir muzey açır. Bu  muzeydə kiçik məbləğdə ödəniş edərək tullantılara tamaşa etmək olardı. Sərginin adı «Zibil qabından xəzinələr» idi. Eksponatlar arasında orta əsrlərə aid dəyərli əlyazmalar, unikal rəsm əsərləri, qədim saatlar və digər qiymətli antikvariatlar var idi.

Bu muzey bugünkü gündə ən çox ziyarətçisi olan və ən qeyri-adi muzey kimi tarixə düşüb.

3. Nyu- York sakini Elias Fergüson həmçinin tullantılardan özünə biznes qurmuşdu. O, qəzetlərin kolleksiyası ilə məşğul idi və onun 100 min nadir qəzetləri var idi. Kağızdan düzəldilmiş evin qarşısında insanlar dayanıb tamaşa etməyə başladılar. Bu sərgiyə tamaşa etmık üçün bir neçə avtobuslarla turistlər gəlirdi.

O zaman Fergüson belə bir elan dərc edir “Turistik obyekt. XX əsrin əvvələrinə aid qəzetdən düzəldilmiş ev. Sərginin dəyəri bir dollar”. Hər şey yaxşı gedirdi, lakin “memar” yağışın yağıb sərgini korlamasından ehtiyatlanırdı. Fergüson sərgini şəffaf material ilə örtür və onun biznesi uğurla irəliləməyə davam edir.

4. Britaniyalı psixoloq Rocer Qrey göz yaşları üzərində biznes qurur. O hər kəsə belə bəyan edir: kişilərin həyatı qadınlardan daha qısadır, çünki kişilər bütün hislərini, emosiyalarını ürəklərinə salırlar, öz hisslərini birüzə vermirlər və qadınlardan daha az ağlayırlar.

Kişilərin uzun ömürlüyünün qayğısını çəkən Qrey ödənişli kurslar açır. Bu kurslarda kişilərə ağlamağı öyrədirdilər.

Son xəbərlər
Digər xəbərlər