25 C
Baku
Monday, April 29, 2024

Yasamal rayonunun üç küçəsində hərəkət məhdudlaşdırılacaq

6 avqust saat 08:00-dan 8 avqust saat 20:00–dək Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasquluağa Bakıxanov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Banker.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd edilən tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər