1 C
Baku
Saturday, December 14, 2024

“YAŞAT” Fondunun xərclədiyi vəsaitin məbləği açıqlanıb

“Bu günə qədər “YAŞAT” Fondunun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 manat məbləğində vəsait xərclənib”

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun bir illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.

Sədr bildirib ki, xərclənən vəsaitdən 32 477 789.50 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 458 478.51 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 5 432 716.49 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 11 128 461.65 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub.

Son xəbərlər
Digər xəbərlər