7 C
Baku
Thursday, December 12, 2024

Yaşayış yeri üzrə qeydiyyatdan keçməyənlər, hansı formada cərimələnəcək?

Yaşayış yeri üzrə qeydiyyatdan keçməyənlər cərimələnəcək. Qeyd edilən məsələni misalla izah edək:

A şəxs A adlı rayonda qeydiyyatdadır. Gəlir B adlı rayona. Şəxs B rayonda 60 gündən artıq qalırsa o B rayonda qeydiyyata düşməlidir. B rayonda qeydiyata düşdükdə, onun A rayonda qeydiyyatdan çıxmağı tələb olunmur. B rayonda müvəqqəti yaşamaq istəyən A adlı şəxs həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır. A adlı şəxs 60 gündən artıq müddətdə  qaldığı yer üzrə (B rayonunda) qeydiyyatdan keçmirsə, bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur: vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.

A adlı şəxs olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

Vətəndaşlar olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (www.bpqmi.gov.az) internet sayıtna daxil olub, E-qeydiyyat bölümündə (https://e-qeydiyyat.bpqmi.gov.az/login) fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər”.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər