12 C
Baku
Thursday, March 28, 2024

“Yaşıl iqtisadiyyat” banklar üçün başağrısı oldu

Dünya enerji sektorunda son vaxtlar baş verən təbəddülatlar Avropanın iri banklarına ciddi maliyyə təhlükəsi yaradır.

“Bloomberg” xəbər verir ki, “Yer kürəsi dostları”nın Russo İnstitutunun hesabatına görə, Avropa İttifaqı ölkələrinin 11 ən böyük bankı tərəfindən yeraltı yanacaq hasilatı ilə bağlı sahələrə məcmu sərmayə və kreditləri 532 milyard avro məbləğindədir. Bu da həmin bankların məcmu təməl kapitalının 95 faizi deməkdir.

Belə ki, son vaxtlar havaya karbon tullantılarını azaldaraq 2050-ci ilədək tamamilə sıfırlanmasını nəzərdə tutan Paris Sazişi neft, qaz və kömür əsaslı yanacaq növlərinin istifadəsinə tədricən son qoymağı nəzərdə tutur.

“Yeraltı yanacağın hasilatı ilə bağlı aktivlərin qiymətdən düşməsi xeyli dalğalanmalara, hətta yeni maliyyə böhranına səbəb ola bilər” – deyə hesabatda qeyd olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər