10 C
Baku
Thursday, December 12, 2024

Yaşlı kişi dilənməklə milyonlar toplayıb

Dilənçi hər gün öz bank hesabına pul qoyurmuş

Misirdə yaşlı adam dilənməklə sərvət toplayıb.

Yaşadığı məhəllədə hamı onu “Kamil əmi” kimi tanıyıb. Məhəllə sakinləri yaşlı adamın sınıq-sökük bir daxmada tək yaşadığını və heç nəyə sahib olmadığını düşünüb. Buna görə də onu tanıyanlar yaşlı adama daim pul və ərzaqla kömək edirdilər.

Lakin bir dəfə dilənçi ilə eyni məhəllədə yaşayan bir adam banka gedən zaman həmin “Kamil əmi”ni görüb. Əvvəlcə diləndiyini düşünsə də, sonradan bank işçilərindən biri bildirib ki, o adam dilənməyə deyil, bank hesabına pul qoymağa gəlib. Bank işçisinin sözlərinə görə, dilənçilik edən adam öz bank hesabına az qala hər gün pul qoyurmuş.

Bundan sonra dilənçilik edən adam haqqında araşdırma aparılıb. Məlum olub ki, onun bank hesabında 3,5 milyon Misir funtu (təxminən 584 min manat) və başqa şəhərdə iki evi var.

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər